İranın İslamabaddakı səfiri, eləcə də Pakistanın Tehrandakı diplomatik missiyasının rəhbəri yanvarın 26-da öz vəzifələrinə qayıdacaqlar.

Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş iki ölkənin xarici işlər nazirliklərinin birgə bəyanatında deyilir.

“Pakistan və İran İslam Respublikasının xarici işlər nazirləri arasında telefon danışığından sonra hər iki ölkənin səfirlərinin 2024-cü il yanvarın 26-dək öz vəzifələrinə qayıda bilməsi barədə razılıq əldə olunub”, - mətndə qeyd olunur.

Bundan əlavə, bəyanatda deyilir ki, “Xarici işlər naziri Cəlil Abbas Cilanın dəvəti ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan 29 yanvar 2024-cü ildə Pakistana səfər edəcək”.

Xatırladaq ki, yanvarın 16-da İran silahlı qüvvələri Pakistan ərazisində Ceyş əl-Zolm terror qruplaşmasının iki qərargahına hücum edib. Əməliyyat zamanı pilotsuz təyyarələr və raketlərdən istifadə edilib. Pakistan Xarici İşlər Nazirliyi zərbəni pisləyib və bunu ölkənin hava sərhədlərinin pozulması adlandırıb və bunun ciddi nəticələrə səbəb ola biləcəyini bildirib. Yanvarın 17-də Pakistan hakimiyyəti öz səfiri Məhəmməd Mudasir Tipu Tehrandan geri çağırmaq qərarına gəlib. Onlar həmçinin bildiriblər ki, İranın Pakistandakı səfiri, o zaman öz ölkəsində olan Rza Əmiri Moqaddam hələlik İslamabada qayıtmaya bilər.

Yanvarın 18-də Pakistan Xarici İşlər Nazirliyi məlumat verib ki, respublikanın silahlı qüvvələri antiterror əməliyyatı keçirib və bu əməliyyat zamanı İranın Sistan və Bəlucistan əyalətində ekstremistlərin sığınacaqlarına zərbələr endirilib. Regional hakimiyyət orqanlarının məlumatına görə, bu hücum nəticəsində 4-ü uşaq olmaqla 10 nəfər həlak olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN