Rusiya Aerokosmik Qüvvələrinə məxsus İl-76 təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu il yanvarın 24-də Moskva vaxtı ilə saat 11:00 radələrində İl-76 təyyarəsi planlı uçuşu yerinə yetirərkən Belqorod vilayətində qəzaya uğrayıb.

“Təyyarədəki Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbçisi mübadilə üçün Belqorod vilayətinə aparılırdı. Təyyarədə 6 ekipaj üzvü və 3 onu müşayiət edən şəxs olub”, - departamentdən bildirilib. Rusiya Müdafiə Nazirliyinin dəqiqləşdirib ki, “VKS komissiyası fəlakətin səbəblərini müəyyən etmək üçün təyyarənin qəzaya uğradığı yerə uçub”.

Rayonun fövqəladə hallar xidmətinin nümayəndəsi TASS-a bildirib ki, təcili tibbi yardım briqadaları Koroçanski rayonunda təyyarənin qəzaya uğradığı yerə gediblər.

“Bir neçə tibbi yarımstansiyanın təcili yardım maşınları Koroçanski rayonunda təyyarənin qəzaya uğradığı yerə gedib, hadisə yerində yanğınsöndürənlər və polis də olub”, - o bildirib.

​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN