Baş Prokurorluq Rusiya Federasiyasının daxili işlərinə xarici dövlətlərin müdaxiləsi faktlarının araşdırılması ilə bağlı Duma komissiyasının müraciətini dəstəkləyib və DOXA nəşrinin Rusiya Federasiyasının ərazisində fəaliyyətini arzuolunmaz hesab edib.

Bu barədə komissiyanın rəhbəri, Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Vasili Piskarev məlumat verib.

“Rusiya Federasiyasının Baş Prokurorluğu müraciətimizi dəstəklədi və Rusiya ərazisində açıq düşmənçilik edən “Mnenie media z.s.” (DOXA) təşkilatının tələbə nəşri adı ilə maskalanan fəaliyyətini arzuolunmaz hesab etdi. Çexiyada qeydiyyatdan keçib və dəfələrlə komissiyanın diqqətini çəkib”, - deyə Piskarev qeyd edib.

E.ŞİRİNOV

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN