Kiyev hakimiyyəti Avropa İttifaqının rəsmilərini gələcəkdə ittifaq çərçivəsində miqrasiya qaydalarını sərtləşdirməyə və bununla da ukraynalı qaçqınların Ukraynaya qayıtmasını asanlaşdırmağa çağırır.

Bu barədə “Politico” qəzeti mənbələrə istinadən yazır.

Nəşrin yazdığına görə, Ukrayna hakimiyyəti gələn il daha çox Ukrayna vətəndaşının vətənlərinə qayıtmasını təmin etmək üçün Avropa rəsmiləri ilə danışıqlar aparır.

“Gələcək qaydaların sərtləşdirilməsi üçün Ukrayna tərəfindən müəyyən təzyiqlər var”, - nəşr yazır.

Bundan əvvəl Estoniyanın daxili işlər naziri Lauri Laanemets ölkədə yaşayan səfərbərlik yaşında olan Ukrayna vətəndaşlarının Ukraynaya mümkün qayıdışı məsələsinin mürəkkəb olduğunu bildirib.

E.ŞİRİNOV

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN