Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyaya işgüzar səfərə gedib.

Bu barədə BELTA agentliyi məlumat yayıb.

Məlumata görə, dövlət başçısı Leninqradın faşist blokadasından azad edilməsinin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak edəcək. Sankt-Peterburqda İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclası da keçiriləcək. Bundan əlavə, Belarus və Rusiya Federasiyasının liderləri ikitərəfli danışıqlar aparacaqlar.

Onlarda Aleksandr Lukaşenko və Vladimir Putin Belarus-Rusiya qarşılıqlı fəaliyyətinin ən aktual məsələlərini nəzərdən keçirəcək və beynəlxalq məsələləri müzakirə edəcəklər.

Yanvarın 22-də Lukaşenko İttifaq dövlətinin dövlət katibi Dmitri Mezentsev ilə görüşü zamanı rusiyalı həmkarı ilə tezliklə danışıqlar aparacağını bəyan edib. Belarus lideri dəqiqləşdirib ki, Putinlə təkbətək görüş Ali Dövlət Şurasının iclası ərəfəsində baş tutacaq.

​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN