Moskvadan Nalçikə gedən sərnişin avtobusu Krasnodar diyarında magistral yolda yük maşını ilə toqquşub. Fövqəladə Hallar Nazirliyinin rayon üzrə mətbuat xidmətindən verilən məlumata görə, hadisə nəticəsində 5 nəfər ölüb, 6 nəfər yaralanıb.

“Yanvarın 28-də saat 03:02-də Pavlovski rayon EDTX-nin əməliyyat növbətçisinə məlumat daxil olub ki, rayonun Novuleşkovskaya kəndi ərazisində, P-217 avtomobil yolunun 15-ci km-də "Moskva - Nalçik" yazısı olan "Neoplan" markalı sərnişin avtobusu və "Hyundai" markalı yük maşınının iştirakı ilə qəza baş verib. Qəza nəticəsində 11 nəfər xəsarət alıb, onlardan 5 nəfər ölüb", - məlumatda deyilir.

Dəqiqləşdirilir ki, marşrutun bu hissəsində əks hərəkət təşkil olunub. Zərərçəkənlər Pavlovsk vilayətinin tibb müəssisələrinə göndərilib. Qəzanın nəticələrinin aradan qaldırılmasında 27 nəfər və 11 texnika çalışır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN