İordaniyanın şimalında ABŞ bazasına pilotsuz təyyarənin hücumu nəticəsində üç amerikalı hərbçi həlak olub, ən azı iyirmi nəfər yaralanıb.

Bu barədə CNN rəsmilərə istinadən məlumat yayıb.

Amerika bazası Suriya ilə sərhəd yaxınlığında yerləşir.

CNN qeyd edib ki, Qəzza zolağında müharibə başlayandan bəri, Yaxın Şərqdəki Amerika hərbçilərinin hücumda həlak olması ilk dəfədir ki, bu, vəziyyətin “əhəmiyyətli dərəcədə gərginləşməsi” deməkdir.

Telekanal bildirib ki, ABŞ Mərkəzi Komandanlığı pilotsuz təyyarənin hücumu nəticəsində üç əsgərin öldüyünü, iyirmi beşinin isə yaralandığını təsdiqləyib.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN