Bu gün onların yurda qayıdış günüdür...

Dövlət Qaçqınkom- dan "Təzadlar"a verilən məlumata görə, Laçın şəhərinə növbəti köç karvanı yola düşüb. Sitat: Bu mərhələdə Laçın şəhərinə daha 23 ailə – 72 nəfər köçürülür. Köçürülən ailələr Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Laçın RİH-nin nümayəndələri tərəfindən yola salınıb.Köçürülənlərin nəqliyyat vasitələri karvanları Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək".

Xatırladaq ki, indiyədək  Laçın şəhərinə 431 ailə (1627 nəfər) köçürülüb. Onların iş və normal yaşayış şəraiti təmin edilməklə Laçının yenidən qurulmağında fəal iştirakı təmin ediləcək.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN