Ukrayna prezidenti Vladimir Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnını vəzifəsindən azad etmək qərarı siyasi nöqteyi-nəzərdən başa düşüləndir, lakin bunun Kiyevin döyüş meydanında zəifləyən mövqeyini necə yaxşılaşdıra biləcəyi bəlli deyil.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Guardian” yazır.

Mətndən belə görünür ki, Zalujnı ordunu siyasi təhlükə kimi görməyə başlayan Zelenskinin etibarını itirib. Zalujnı könüllü olaraq vəzifəsini tərk etməkdən imtina edərək “yuxarıda dözülməz vəziyyət yaratdı”.

Eyni zamanda, general-polkovnik Aleksandr Sırskinin Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsinə seçilməsi “radikal gediş kimi” qəbul edilmir, çünki o, Zelenskiyə yaxındır və Kiyevin müdafiəsinə cavabdeh idi, - “The Guardian” yazır.

“Ancaq Ukraynanın əsas problemi ABŞ respublikaçılarını hərbi yardımı buraxmağa inandırmaqda olduğu halda, açıq-aydın alternativ hərbi strategiya yoxdur”, - mətndə deyilir.

Döyüş meydanında Ukraynada bir sıra mühüm döyüş sursatları, xüsusən də artilleriya yoxdur. Müəlliflər belə qənaətə gəlirlər ki, Rusiya gündə təxminən 10 min mərmi atır ki, bu da Ukraynadan 5 dəfə çoxdur və sənaye istehsalı ilə bağlı problemlər həll olunana qədər Kiyev Moskvanın tədricən özünü tükəndirəcəyinə ümid edərək müdafiə mövqeyində qalacaq.

ABŞ-da Ukrayna Silahlı Qüvvələrində Sirskinin iki “dəhşətli” ləqəbi üzə çıxıb.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Telegram kanalında yerləşdirdiyi videoda Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı üçün tələbləri sadalayıb.

​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN