Bu gün səhər Ukraynanın Dnepropetrovsk və Kirovoqrad vilayətlərində hava hücumu xəbərdarlığı səslənib.

Məlumatı ölkənin Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsi təsdiq edir.

İdarənin məlumatına görə, Dnepropetrovsk vilayətində həyəcan siqnalları Bakı vaxtı ilə saat 10:43-də səslənib, altı dəqiqə sonra isə Kirovoqrad vilayətində elan edilib.

Şənbə gecəsi "Strana" nəşri Nikolaev vilayətinin Oçakov şəhərində, Xarkov və Odessada partlayışlar baş verdiyini, burada da hava hücumu xəbərdarlığının səsləndiyini bildirib.

Zərbələr enerji, müdafiə sənayesi, hərbi komandanlıq və rabitə obyektlərinə endirilir.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN