Afinanın mərkəzində Fələstinə dəstək məqsədilə keçirilən kiçik mitinq etirazçılarla polis arasında toqquşmaya çevrilib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Newsbreak” portalı məlumat yayıb.

Anklav əhalisinin müdafiəsi üçün keçirilən mitinqdə Yunanıstan Kommunist İnternasionalistləri Təşkilatı kimi həmkarlar ittifaqları və sol partiyaların nümayəndələri toplaşıblar.

Etirazçılar “İsrail işğala son qoyana qədər ona qarşı sanksiyalar tətbiq edin və blokadaya salın” yazılmış pankart asıb və daha sonra “McDonald's” restoranının şüşə qapılarını sındırmağa başlayıb.

“Bir neçə nəfər restorana daxil olub, onların ardınca polis əməkdaşları etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər”, - məlumatda deyilir.

Nəticədə, polis iki nəfəri saxlayıb. İtkilər barədə məlumat verilmir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN