Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasını “İsraili mümkün qədər tez dayandırmağa” çağırıb.

Tezadlar.az xəbər verir ki, məlumata görə, Ərdoğan Dubayda BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüş keçirib.

“Görüş zamanı prezident Ərdoğan bildirib ki, İsrailin Rəfaha və bütün Qəzzəyə hücumları qəbuledilməzdir və BMT Təhlükəsizlik Şurası və müvafiq dövlətlər İsraili ən qısa zamanda dayandırmaq üçün addımlar atmalıdırlar”, - ofisin bəyanatında deyilir.

Türkiyə lideri vurğulayıb ki, İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağının cənubundakı Rəfah şəhərinə hücumları Qərb ölkələrinin yürütdüyü ikili siyasətin nəticəsidir.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk bildirib ki, beynəlxalq ictimaiyyət İsrail Müdafiə Qüvvələrinin Rəfahda hərbi əməliyyat keçirməsinə icazə verməməlidir.

​ E.ŞİRİNOV

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN