Norveçin xarici işlər naziri Espen Bart Eide İsrailin Qəzza zolağında planlaşdırdığı quru əməliyyatının “fəlakətli nəticələrinə” işarə edib.

Tezadlar.az xəbər verir ki, o, bu barədə “Anadolu” agentliyinə müsahibəsində bildirib.

Diplomatın sözlərinə görə, İsrail tərəfinin niyyətləri gələcəkdə ehtiyacı olanlara humanitar yardımın çatdırılmasını təhlükə altına qoyur.

Eide onu da vurğulayıb ki, anklavın sıx məskunlaşdığı ərazilərdə mülki obyektlər arasında hərbi hədəfləri müəyyən etmək olduqca çətindir. Bununla bağlı o, İsraili Qəzzaya hava hücumlarını dayandırmağa çağırıb. "Aydındır ki, İsrail dinc sakinləri qorumaq üçün kifayət qədər səy göstərmir. Qəzzada təhlükəsiz yerlər yoxdur", - Norveç Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Eide Qəzzanın cənubundakı vəziyyətə münasibət bildirərək, “Rəfahda bu qədər çox sayda ölümdən çox narahatam”, - deyib: “Əslində təxminən 280 min insanın yaşadığı bir şəhərdə bir milyon yarımdan çox insan sığınacaq tapmağa çalışır”.

BMT-nin məlumatına görə, İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində bölgə əhalisinin 85 faizi ərzaq, təmiz su və dərman çatışmazlığı səbəbindən ölkəni tərk etmək məcburiyyətində qalıb, anklavın infrastrukturunun təxminən 60 faizi zədələnib.

​ E.ŞİRİNOV

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN