İsrailin şimalına raket hücumundan sonra İsrail qırıcıları Livana bir sıra zərbələr endirməyə başlayıb.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti məlumat yayıb.

Telegram kanalında yayımlanan məlumatda deyilir: “İMQ döyüşçüləri Livana bir sıra zərbələr endirməyə başlayıblar”.

Xatırladaq ki, yanvar ayında İsrail Müdafiə Qüvvələri Livan şəhərlərinə silsilə hücumlar həyata keçirmişdi. Zərbələrdən birində Hizbullahın yüksək rütbəli komandiri Vissam əl-Tavil öldürüldü ki, bu da təşkilat üçün “ağrılı” idi.

Fevralın 13-də Livanın Hizbullah qruplaşmasının qüvvələri İsrailin şimalındakı başqa bir şəhər Kiryat Şmonaya hücum edib. Həmin vaxt iki nəfərin yaralandığı bildirilir.

Fevralın 14-də Livandan İsrailin şimalına davam edən raket hücumları nəticəsində bir nəfərin öldüyü bildirilmişdi. Daha yeddi nəfər yaralanıb.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN