Böyük Britaniya və ABŞ silahlı qüvvələri Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından husilərin hədəflərinə iki yeni zərbə endirib.

Tezadlar.az xəbər verir ki, bu barədə hərəkatın nəzarətində olan “Al Masirah” telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, Yəmənin Əl-Hodeyda əyalətinin Əl-Cabban bölgəsi hücuma məruz qalıb.

Zərbələrin nəticələri barədə məlumat verilmir.

Qəzza zolağında qarşıdurmanın şiddətlənməsindən sonra “Ənsar Allah” İsrail ərazisinə hücumlar həyata keçirəcəyini və Fələstin anklavında əməliyyat dayanana qədər əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəyini bildirib. Ötən il noyabrın ortalarından husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla mülki gəmiyə hücum ediblər.

Yanvarın 12-də Britaniya və ABŞ silahlı qüvvələri təyyarə, gəmi və sualtı qayıqlardan istifadə edərək Yəmənin bir sıra şəhərlərində, o cümlədən Səna və Hudeydada “Ənsar Allah” hədəflərinə ilk zərbələrini endiriblər. Hədəflər raketlərin və dronların yerləşdiyi yerlər, həmçinin üsyançıların radar stansiyaları olub.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN