Paris Apellyasiya Məhkəməsi 2012-ci ildə seçki kampaniyasının maliyyələşdirilməsi işi üzrə Fransanın keçmiş prezidenti Nikolya Sarkozini 6 ay həbs cəzasına məhkum edib.

Tezadlar.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Bundan əlavə, o, daha 6 ay şərti həbs cəzası alıb.

Oktyabr ayında bildirildi ki, 2007-ci ildə seçki kampaniyasının maliyyələşdirilməsi işi çərçivəsində Sarkoziyə qarşı yeni ittihamlar irəli sürülüb. Eks-prezident “şahidin tabeliyində olan məlumatı gizlətməkdə” və “mütəşəkkil cinayətkar dəstənin tərkibində məhkəmə saxtakarlığı törətmək üçün sui-qəsddə” şübhəli bilinir.

Qeyd edək ki, livanlı iş adamı Ziad Takieddine 2012-ci ilin dekabrında siyasətçinin seçki kampaniyasının Liviyanın keçmiş lideri Müəmmər Qəddafi rejimi tərəfindən maliyyələşdirildiyini söylədikdən sonra istintaq orqanları Sarkozi ilə maraqlanmağa başlayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN