İranın qərbindəki Çaharmahal və Bəxtiyari əyalətlərindən şimala - Xəzər dənizi ətrafındakı şəhərlərə doğru uzanan qaz kəmərində partlayış baş verib.

Qaz şəbəkəsinə nəzarət mərkəzinin meneceri Səid Ağlı dövlət televiziyasına açıqlamasında “təxribat və terror” aktı nəticəsində təxminən 1270 kilometrlik boru kəmərinin bir neçə hissəsinin zədələndiyini deyib. İranın neft naziri isə baş verənləri sabotaj adlandırıb.

Hadisə nəticəsində heç kimin xəsarət almadığı və ölkə daxilində qaz təchizatının adi rejimdə davam etdiyi bildirilir.

Hələ ki, ölkədə fəaliyyət göstərən heç bir qruplaşma partlayışın məsuliyyətini üzərinə götürməyib.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN