Alman hakimiyyəti döyüş bölgələrinə mərmi əvəzinə, müharibə etmək istəyən siyasətçiləri göndərməlidir.

Tezadlar.az xəbər verir ki, bunu Almaniya Bundestaqının deputatı Sara Vaqenknext deyib.

"Silah göndərmək əvəzinə, əlbəttə ki, müharibə istəyən siyasətçilərdən ibarət bir batalyon yarada bilərik", - o deyib. - "Və biz bu fəxri batalyonu bütün dünyaya “ixrac” edəcəyik və ona bütün müharibələrdə iştirak etmək imkanı verəcəyik."

Əvvəllər Vaqenknext bəyan etmişdi ki, Almaniya Ukrayna üçün silahlara milyardlarla vəsait xərcləyir və bununla da münaqişəni yalnız uzadır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN