Hörmətli Əli Əsədovu Baş nazir təyin olunması münasibətilə ürəkdən təbrik edirəm.
TEZADLAR.AZ xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, MCP lideri, bir neçə gün əvvəl ölkədə keçirilən Prezident seçkilərində prezidentliyə namizəd olmuş Razi Nurullayev sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib.
Razi Nurullayev Baş nazir Əli Əsədovun seçilməsinə sevindiyini və ona həvəslə səs verdiyini bildirib.
"Səmimi deyim ki, çox sevindim və lehinə səs verdim. Səsvermənin də mənim üçün məqamları var. Sadəcə səs vermək, bir də həvəslə səs vermək. Əli müəllimə həvəslə səs verdim! Bunun üçün öz əsaslı səbəblərim var. Hətta Əli müəllimin Baş nazir təyin edilməsini qeyd də edəcəm. Ölkəmiz üçün xeyirli olsun!", - deyə deputat vurğulayıb.
Qeyd edək ki, Milli Məclisdə “Əli Hidayət oğlu Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələyə baxılıb.
Müzakirələrdən sonra məsələ səsə qoyulub və Milli Məclis Əli Əsədovun Azərbaycanın Baş naziri təyin edilməsinə razılıq verib.
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN