Rusiya işğalçı qüvvələrinin nümayəndələri Kareli bələdiyyəsinin Knolevi kəndi yaxınlığında işğal altındakı ərazidə iki Gürcüstan vətəndaşını

qanunsuz həbs ediblər. Tezadlar.az Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinə istinadla bildirir ki, faktla bağlı dərhal “qaynar xətt” işə salınıb, Avropa İttifaqının monitorinq missiyasına və Cenevrə beynəlxalq müzakirələrinin həmsədrlərinə məlumat verilib. Bildirilir ki, qanunsuz olaraq həbs edilən vətəndaşların azad edilməsi istiqamətində bütün mövcud mexanizmlərdən istifadə edilir.

 Baş verənlərin məsuliyyəti isə tamamilə işğalçı rejimin üzərinə düşür. 

Xatırladırıq ki, belə hadisələr hər il dəfələrlə təkrarlanır. Həqiqətən də dərddir ki, öz qanunu ərazində səni yad ölkə vətəndaşı kimi həbs edirlər.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN