Əgər onun kapitulyasiyasından danışırıqsa, Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqların heç bir mənası yoxdur.

Tezadlar.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts “Sueddeutsche Zeitung” qəzetinə müsahibəsində bildirib.

Kanslerin sözlərinə görə, Ukraynadakı münaqişənin həlli üçün diplomatik səylər uzun müddətdir ki, aparılır. O, Davos, Ciddə, Kopenhagen və Maltada “dünyanın hər yerindən nümayəndələrin iştirak etdiyi danışıqları” xatırladıb.

"Əlbəttə, danışıqlara çağırış özlüyündə problemi həll etmir. Əgər danışıqlar Ukraynanın sadəcə olaraq təslim olmaq məcburiyyətində qalması deməkdirsə, bunun mənası yoxdur", - Şolts bildirib.

O, bir daha iddia edib ki, Rusiya qoşunlarını çıxarsa, münaqişəni “istənilən vaxt” dayandıra bilər.

​​​​​​ E.ŞİRİNOV

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN