İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail ordusu “bütün cəbhələrdə tam qələbəyə qədər” döyüşəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta” məlumat yayıb.

Belə ki, baş nazir İsrailin mərkəzində naməlum şəxsin yoldan keçənlərə atəş açdığı terror aktına münasibət bildirib. Netanyahunun sözlərinə görə, bu hadisə “bütün İsrailin vahid cəbhə kimi vuruşduğunu xatırladır”.

“Biz bütün İsrail vətəndaşlarına təhlükəsizlik və sülhü bərpa edənə qədər bütün cəbhələrdə, hər yerdə tam qələbəyə qədər mübarizəmizi davam etdirəcəyik”, - o deyib.

Netanyahu daha əvvəl Fələstin dövlətinin tanınmasını rədd etmişdi.

​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN