Son 24 saat ərzində Rusiya Silahlı Qüvvələrinin əməliyyat-taktiki və ordu aviasiyası, eləcə də artilleriya və raket qüvvələri Ukrayna Silahlı Qüvvələrinin aerodromlarına, aviasiya silahlarının anbarlarına, xarici muzdluların və USQ-nin xüsusi əməliyyat qüvvələrinin məntəqələrinə, eləcə də müvəqqəti dislokasiya obyektlərinə aviasiya zərbələri endirib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Aerodromlardakı aviasiya texnikası, aviasiya silahlarının anbarları, xarici muzdluların müvəqqəti yerləşdirilmə məntəqələri və Ukrayna Silahlı Qüvvələrinin xüsusi əməliyyat qüvvələri vurulub”, - məlumatda deyilir.

Müdafiə Nazirliyi əlavə edib ki, artilleriya, aviasiya və raket qüvvələri 110 regionda Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətini və texnikasını darmadağın edib.

​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN