Melitopol şəhərindəki 3 saylı Uşaq İdman Məktəbində idman yarışı zamanı baş verən partlayış nəticəsində ikisi uşaq olmaqla 6 nəfər xəsarət alıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqov bildirib.

O, Telegram kanalında yazıb: "İkisi uşaq olmaqla altı nəfər şüşədən kəsilib. Onlar həkimlərə gedib və hadisə yerində yardım alıblar. Xəstəxanaya yerləşdirmə olmayıb".

Onun sözlərinə görə, insident “silahın qeyri-normal işləməsi səbəbindən” baş verib.

Bundan əvvəl Zaporojye vilayətinin əməliyyat xidmətləri Melitopoldakı idman məktəbində yarışın iştirakçılarının və tamaşaçıların partlayışdan sonra təxliyə edildiyini bildirmişdilər.

​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN