Avdiyevkanın rus ordusu tərəfindən tutulması hərbi əməliyyatların gedişatının Moskvanın xeyrinə çevrildiyinin “ən aydın işarəsidir”.

Bunu “Reuters” yazır.

“Bu, həm də keçən il Ukraynanın əks-hücumunun Rusiyanın mövqelərini poza bilməməsindən sonra müharibənin gedişatının Moskvanın xeyrinə çevrildiyinin ən bariz əlamətidir”, - mətndə deyilir.

Materialda qeyd olunur ki, şəhərin ələ keçirilməsi prezident seçkiləri ərəfəsində “Rusiyanın əhval-ruhiyyəsini yüksəldəcək”.

Fevralın 17-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkə prezidenti Vladimir Putinə Avdiyevka kəndinin “ukraynalı millətçilərdən” azad edilməsi barədə məruzə edib. Rusiya Müdafiə Nazirliyi nəzarətə götürülən yaşayış məntəqəsinin Ukrayna Silahlı Qüvvələrinin güclü müdafiə bölməsi olduğunu qeyd edib. Departamentin məlumatına görə, Ukrayna tərəfinin itkiləri son 24 saat ərzində 1500-dən çox hərbçi təşkil edib. Eyni zamanda, ayrı-ayrı səpələnmiş bölmələr silah və hərbi texnikanı geridə qoyaraq tələsik Avdiyevkanı tərk ediblər.

İnsidentdən sonra Ağ Ev Ukrayna Silahlı Qüvvələrinin Avdiyevkadan geri çəkilməsini hələlik Ukraynaya maliyyə yardımının ayrılmasını təsdiqləməyən Konqresin fəaliyyətsizliyinin ödənişi kimi qiymətləndirdiklərini bildirib. ABŞ prezidenti Co Bayden isə Ukrayna qoşunlarının digər şəhərləri də itirəcəyini istisna etməyib.

​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN