2022-ci ildə Xerson vilayətinin rəhbəri Vladimir Saldonun zəhərlənməsinə risin zəhəri səbəb olub, bu, Ukrayna xüsusi xidmət orqanlarının işi olub.

Bunu Radiasiya, Kimyəvi və Bioloji Müdafiə (RKBM) qoşunlarının rəhbəri İqor Kirillov deyib.

O, Kiyev rejiminin kimyəvi silahdan, o cümlədən terror aktları üçün istifadə etdiyini vurğulayıb.

Kirillov xatırladıb ki, 2022-ci il avqustun 9-da Xerson vilayətinin administrasiyasının rəhbəri Vladimir Saldo zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

"Laboratoriya testləri biotibbi nümunələrdə risin maddəsinin olduğunu göstərdi", - o deyib.

Saldonun özü daha əvvəl yaxın çevrəsindən olan bir şəxs tərəfindən yeməyinə kimyəvi döyüş maddəsi qataraq külli miqdarda pul qarşılığında zəhərləndiyini bildirib. Zəhər nəticəsində Saldo, onun sözlərinə görə, tez huşunu itirib və cəmi 15 gün sonra oyanıb.

Siyasətçi Krıma, oradan isə Moskvadakı Sklifosovski adına Elmi-Tədqiqat İnstitutuna aparılıb və burada həkimlər onun həyatını xilas edə biliblər.

Bundan əlavə, 2023-cü ilin dekabrında LPR administrasiyasının rəhbəri Leonid Paseçnik fenol birləşmələri ilə ağır zəhərlənib, - Kirillov bildirib.

​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN