Konqresin Kiyevə hərbi yardım göstərilməsi məsələsində fəaliyyət göstərməməsi səbəbindən Ukrayna hərbçiləri döyüş meydanında mövqelərini itirir.

Bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer Vaşinqtondan Nevada, Arizona və Texas ştatlarına səfərə yola düşən ABŞ prezidenti Co Baydenin təyyarəsində jurnalistlərə deyib.

"Biz görürük ki, Ukrayna son bir neçə ayda Konqresin fəaliyyətsizliyi ucbatından faktiki olaraq döyüş meydanında mövqelərini itirir. Bu da bizim fəaliyyətsizliyimizlə bağlıdır. Onlar öz demokratiyaları üçün mübarizə aparırlar və bunun nə demək olduğunu bilirik”, - deyib. - "Və buna görə də bu problemi həll etməyin ən yaxşı yolu Ukraynaya ehtiyacı olanı təmin etmək və buna nail olmaqdır (Ukraynaya hərbi yardımın göstərilməsi ilə bağlı qanun layihəsinin qəbul edilməsi - qeyd)."

​​​​​​​​​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA