Aktyor Nikita Koloqriv 7 gününü dəmir barmaqlıqlar arxasında keçirəcək. Novosibirsk məhkəməsi bu gün prokurorun müddətin 15 günə qədər artırılması tələbini rədd edib. Bir gün əvvəl çıxarılan hökm qüvvədə qalıb.

Koloqrivinin xüsusi təcridxanaya qayıtmasının videosunu “RİA Novosti” yayıb. Aktyor təcridxanadakı şəraitin “çox da ürəkaçan olmadığından” şikayət etməyi bacarıb və cəzanı çox qanunsuz hesab etdiyini qeyd edib.

Novosibirsk barlarından birində “uşaqdan gələn sözlər”ə qarşı sərxoş ulduzun (ofisiantı dişləməsi, işçi heyətini itələməsi və köynəyini cırması) şıltaqlığı onun həbsinə səbəb olub. Məhkəmədə Koloqriv davranışından çox peşman olub və bunu "tükənmişlik" kimi izah edib.

​​​​​​​​​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA