Daxili İşlər Nazirliyinin əməkdaşları müxtəlif rayonlarda və Bakıda itkin düşmüş hesab edilən şəxsləri tapıb.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə DİN-nin idarə rəisi, polis polkovniki Elşad Hacıyev məlumat verib.

"Daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 22-də Yevlax rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 13 yaşlı qız, mayın 24-də Xəzər rayonunun Binə qəsəbəsində itkin düşmüş kimi axtarışda olan 13 yaşlı qız, Suraxanı rayonu Yeni Ramana qəsəbəsində itkin düşmüş kimi axtarışda olan 14 yaşlı qız, mayın 26-da Nizami rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 15 yaşlı oğlan və Binəqədi rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 18 yaşlı oğlan tapılaraq aidiyyəti üzrə təhvil veriliblər", - deyə o qeyd edib

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA