İspaniya rəsmi olaraq Mariya Xesus Alonso Ximenesi Buenos Ayresdəki səfiri vəzifəsindən uzaqlaşdırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə İspaniyanın dövlət xəbər agentliyi “Boletin Oficial del Estado” (BOE) məlumat yayıb.

“Kralın 28 may tarixli 506/2024 saylı fərmanı Mariya Xesus Alonso Ximenesin İspaniyanın Argentina Respublikasındakı səfiri vəzifəsinə xitam verilməsini nəzərdə tutur”, - mətndə deyilir.

İspaniyanın “Antena 3” telekanalı xəbər verir ki, bu qərar İspaniyanın baş naziri Pedro Sançesin həyat yoldaşı Beqonya Qomesi “korrupsioner” adlandıran Argentina prezidenti Xavyer Maylinin üzr istəməməsi səbəbindən verilib.

Mayın 21-də İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib ki, o, Maylinin baş nazirin həyat yoldaşı haqqında söylədiyi sözlərə görə Argentinadakı səfirini “əbədi” geri çağırır.

Bu bəyanatdan sonra Argentina lideri Xavyer Miley İspaniyanın baş naziri Pedro Sançesi səriştəsiz, yalançı, qorxaq və “diplomatik məsələlərdə Avropanın gülüş obyekti” adlandırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA