Bu gün səhər saatlarında Dövlət Gömrük Komitəsinin əməkdaşları xidməti vəzifələrini yerinə yetirməyə gedərkən Şabran rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Tezadlar.az-a verilən məlumata görə, hadisə nəticəsində DGK əməkdaşı Vahid Əmirli dünyasını dəyişib, digər əməkdaşlar isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar və hazırda onların müalicəsi davam etdirilir.

Dövlət Gömrük Komitəsinin rəhbərliyi və kollektivi dünyasını dəyişən əməkdaşımıza Allahdan rəhmət diləyir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirlər.

Dövlət Gömrük Komitəsinin müvafiq strukturlarının rəhbərliyi əməkdaşların ailələri ilə əlaqədədirlər və bütün zəruri tədbirlər həyata keçirilir.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN