Kiyevin Solomenski rayonunda güclü partlayışdan sonra yanğın başlayıb.

Tezadlar.az bildirir ki, Ukraynanın paytaxtının meri Vitali Kliçko özünün Telegram kanalında yanğınla bağlı məlumat verib.

Merin sözlərinə görə, hadisə yerinə tibb işçiləri və digər təcili yardım xidmətlərinin nümayəndələri göndərilib. İlkin məlumata görə, partlayış nəticəsində xəsarət alan olmayıb.

Kliçko Kiyevin Solomenski rayonunda yanğının söndürüldüyünü açıqlayıb.

Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında Kiyevdə partlayışın baş verdiyi məlum olub. Hadisə şahidlərinin verdiyi məlumata görə, Ukrayna paytaxtının mərkəzi rayonlarında pəncərələr silkələnib. Bundan əlavə, hava hücumundan müdafiə sisteminin fəaliyyəti elan edilib.

Bazar ertəsi Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərində də partlayış baş verib. Regional Hərbi Administrasiyanın rəhbəri Sergey Lısakın sözlərinə görə, nəticədə, müəssisəyə ziyan dəyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN