"Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkəti" (ÜDTRYŞ) şirkətin onlayn xidmətlərinə haker hücumunu şərh edib.

Tezadlar.az bildirir ki, TASS bu barədə holdinqin mətbuat xidmətinin şərhinə istinadən xəbər verir.

Mətbuat xidməti kiberhücumun media şirkətlərinin işinə ciddi ziyan vurmadığını bildirib. Hər şeyin normal işlədiyi qeyd edilir.

ÜDTRYŞ həmçinin vurğulayıb ki, mütəxəssislər hücumun nəticələrini aradan qaldırmaq üçün çalışırlar.

Qeyd edək ki, oktyabrın 7-də ÜDTRYŞ-nin görünməmiş haker hücumuna məruz qaldığı məlum olub. Media holdinq onlayn yayımda, daxili xidmətlərin fəaliyyətində problemlərin yarandığını, həmçinin şirkətdə internet və telefonun işində nasazlığın olduğunu bildirib. Təcavüzkarların serverlərdən bütün məlumatları sildiyi güman edilirdi.

Bundan əvvəl “Roskomnadzor” bildirib ki, sentyabrın əvvəlindən minlərlə DDoS hücumunu dəf edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN