Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiya ilə sərhəd bölgəsində terror aktı törətməyə cəhd edib.

Tezadlar.az xəbər verir ki, Belqorod vilayətinə hücum cəhdi barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Moskva vaxtı ilə saat 09:00 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə terror aktı törətmək cəhdinin qarşısı alınıb", - departamentdən bildirilib.

Departamentin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri təyyarə tipli pilotsuz uçuş aparatından istifadə etməklə hücumu həyata keçirməyə cəhd edib. Bildirilir ki, Rusiya hava hücumundan müdafiə sistemi Ukraynaya məxsus pilotsuz təyyarəni məhv edib.

Bundan əvvəl bildirilib ki, oktyabrın 7-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri 21 pilotsuz uçan aparatın köməyi ilə Rusiyanın 5 bölgəsinə zərbələr endirməyə cəhd edib, onlardan 12-si Krım üzərində vurulub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN