Feodosiyada Qara dəniz sahili və Kamışı yaxınlığındakı ərazilərdə 1047 nəfər neft anbarında baş verən yanğınla əlaqədar müvəqqəti yaşayış məntəqələrinə təxliyə edilib.

Tezadlar.az bildirir ki, bu barədə şəhər administrasiyasının rəhbəri İqor Tkaçenko Telegram kanalında məlumat verib.

"Çernomorskaya sahili və Kamışı yaxınlığındakı ərazilərdə yaşayan insanların təhlükəsizliyini təmin etmək üçün 1047 nəfər müvəqqəti yerləşdirmə mərkəzlərinə təxliyə edilib", - məlumatda deyilir.

Şəhər rəhbəri dəqiqləşdirib ki, insanlar qeydiyyatdan keçib həkimlər tərəfindən müayinə olunduqdan sonra şəhərdəki mehmanxana və pansionatlara yerləşdirilib.

E.ŞİRİNOV  

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN