Türkiyə ABŞ-ın Rusiyaya qarşı sanksiya təzyiqinə boyun əymədi, çünki Moskva ilə Ankara arasında güclü etimad var.

Tezadlar.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu Türkiyənin Optimar İctimai Rəyin Öyrənilməsi Mərkəzinin rəhbəri Hilmi Daşdəmir deyib.

“Bunun (sanksiyaların tətbiqi) aradan qaldırılması üçün qlobal miqyasda müxtəlif addımlar atılır. Amma vəziyyətə nəzər salsanız, Türkiyənin ABŞ-ın sanksiya təzyiqinə tamamilə boyun əydiyini söyləməyə ehtiyac yoxdur”, - deyə politoloq bildirib.

Daşdəmir Rusiyadan S-400 zenit-raket komplekslərinin alınması ilə bağlı vəziyyəti də xatırladıb. Onun sözlərinə görə, ABŞ-ın bu tip silahları əldə etməmək şərtlərinə baxmayaraq, Türkiyə tərəfi onları öz maraqlarından çıxış edərək əldə edib.

İyunun 18-də türkiyəli analitik Mehmet Perincek bildirib ki, Türkiyə onu zəiflətmək üçün anti-Rusiya sanksiyaları tətbiq etməyə məcbur edilir. Onun fikrincə, Ukraynadakı münaqişə də Moskva ilə Ankara arasında münasibətlərin pisləşməsi üçün istifadə olunur. Bu, Türkiyəni tərəfdaşsız qoymaq üçün edilir, - analitik bildirir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN