MDB-yə üzv ölkələrin dövlət başçılarının sammitində iştirak etmək üçün Moskvaya gələn Ermənistanın baş naziri Nikol Paşinyan Moskva çayı boyunca velosiped sürdü.

Tezadlar.az xəbər verir ki, o, videonu öz Telegram kanalında yerləşdirib.

"Moskva çayı boyunca çox gözəl velosiped yolu var və bu gün biz bu yolda velosiped sürdük", - Ermənistan Nazirlər Kabinetinin rəhbəri deyib.

Məlumata görə, Paşinyan MDB iştirakçılarının dövlət başçılarının sammitində iştirak edəcək. Birlik ölkələrinin liderləri Rusiya Federasiyasının sədrliyinin yekunlarına yekun vuracaq və 2025-ci il üçün planlarını açıqlayacaq, dar və geniş tərkibdə danışıqlar aparacaq, bir sıra sənədlər imzalayacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN