Ermənistan yaxın bir ay ərzində Azərbaycanla sülh müqaviləsinin müddəalarını imzalamağa ümid edir.

Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistan prezidenti Vaaqn Xaçaturyan “Reuters” agentliyinə bildirib.

O, qeyd edib ki, Cənubi Qafqaz münaqişələr içərisindədir. Onun fikrincə, regionda gərginliyin azaldılması üçün sülh sazişinin müddəaları dörd həftə ərzində imzalanmalıdır.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov ölkə rəhbərinin azərbaycanlı həmkarı İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüşlər keçirəcəyini bildirmişdi. Görüşlər MDB-yə üzv ölkələrin Başçıları Şurasının iclasından əvvəl baş tutacaq.

Qeyd edək ki, oktyabrın 6-da Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanı münaqişənin həlli istiqamətində təxribat xarakterli addımlardan əl çəkməyə çağırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN