Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinə ad günü münasibətilə “gözəl türk hədiyyəsi” göndərib.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

“Türkiyə prezidenti dünənki söhbətindən əvvəl xüsusi olaraq hədiyyə göndərib”, - o deyib.

Putinin ad günü üçün başqa nə alması ilə bağlı sualı cavablandıran prezidentin köməkçisi “hədiyyələr var” deyə cavab verib.

Bundan əvvəl Ərdoğan Rusiya liderini ad günü münasibətilə telefonla təbrik edib. Söhbət zamanı Putin və Ərdoğan ikitərəfli münasibətlərin aktual məsələlərini və beynəlxalq gündəliyi, o cümlədən Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN