Balaşixa Şəhər Məhkəməsi Moskva istintaq idarələrindən birinin keçmiş rəisi Marat Tambiyev və onun şəriki, keçmiş müstəntiq Kristina Lyaxovenkodan rekord rüşvətlə bağlı cinayət işi üzrə dəymiş ziyanın ödənilməsi üçün 7,5 milyard rubldan çox pul müəyyən edib.

Tezadlar.az bildirir ki, bu barədə REN TV-nin müxbiri məhkəmə zalından məlumat verib.

“Zərərin ödənilməsi üçün Tambiyev və Lyaxovenkodan birgə və ayrı-ayrılıqda 7 milyard 809 milyon rubl alınsın”, - məhkəmə qərar verib.

Məhkəmə həmçinin Marat Tambievin bütün əmlakını müsadirə edib.

Oktyabrın 8-də məhkəmə Tambiyevi 16 il müddətinə azadlıqdan məhrum edib, həmçinin 500 milyon rubl cərimə kəsib. Tambiyev günahını etiraf etməyib. Tambiyevin şəriki, keçmiş müstəntiq Kristina Lyaxovenko ümumi rejimli koloniyada doqquz il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Marat Tambiyev RF İstintaq Komitəsinin Tverskoy rayonu üzrə istintaq şöbəsinin rəisi olub. 2022-ci il noyabrın sonunda o, 10 milyon rubl məbləğində rüşvət alarkən saxlanılıb və həbs edilib. Müstəntiqlərin məlumatına görə, həmin ilin aprelində o, “Infraud Organization” haker qrupunun üzvlərindən həmin dövrün məzənnəsi ilə 1,6 milyard rubl dəyərində 1032,1 bitkoin alıb. Kriptovalyuta müqabilində onların aktivlərini ələ keçirməyəcəyinə söz verib.

İndi o, bir milyard yarımdan çox rubl və 2718 bitkoin (7,3 milyard rubl) məbləğində rüşvət almaqda ittiham olunur. Həmçinin, müstəntiqlərin fikrincə, keçmiş ədliyyə mayoru özünü daha 1,3 milyon dollarla zənginləşdirməyə çalışıb.

Onun şəriki 27 yaşlı keçmiş müstəntiq, baş leytenant Kristina Lyaxovenko olub. O, üç maddə ilə ittiham olunub: xüsusilə külli miqdarda rüşvət almaq, vəzifə səlahiyyətlərini aşmaq və sübutları saxtalaşdırmaq. 2023-cü ilin sentyabrında o, həbs edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN