Polşa da qaçqınların vətənlərinə dönməsini istəyirdi...

4,8 milyon nəfər ukraynalı qaçqın Avropanın 44 ölkəsinə yerləşiblər.

2022-ci il 7 iyun tarixinədək olan məlumata görə, 44 Avropa ölkəsinə qəbul edilən ukraynalı sığınacaq axtaranların sayı 4,8 milyon nəfər olub.  Bildirilib ki, bu qaçqınların 3,2 milyonuna müvəqqəti qoruma verilib.

 Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının  saytında bildirilib.

 Qeyd edək ki, açıqlamada Rusiyanın Ukraynaya hücumundan sonra  (24 fevraldan 7 iyunadək) qaçqın düşmüş mülki vətəndaşlarla bağlı məlumatlar verilib.

Bildirilib ki, 4,8 milyon qaçqın ukraynalı vətəndaşın 3,2 milyonuna müvəqqəti qoruma verilib.

Müharibə başlayandan 2,3 milyon ukraynalı vətənlərinə qayıdıb.

Ölkədən qaçqın düşmüş ukraynalıların ən çoxu Polşada yerləşib  -1,1 milyon nəfər.

Daha sonra - Almaniyada 780 min, Çexiyada 366 min, İtaliyada 125 min, İspaniyada 118 min, Türkiyədə isə 85 min ukraynalı qaçqının olduğu açıqlanıb.

Xatırladaq ki, Polşadakı ukraynalı qaçqınların çoxu tezliklə gündəlik müavinətlərini itirəcəklər və Polşa onların vətənlərinə dönməsini istəyir.

Qeyd edək ki, bir neçə gün öncə bu barədə  Rzeczpospolita Daxili İşlər və İdarəetmə Nazirliyinin rəis müavini və hökumətin qaçqınlar üzrə nümayəndəsi Pavel Şefernakerin bəyanatına istinadən xəbər yaymışdı.

 Beləliklə, iyulun 1-dən yalnız ehtiyacı olanlar müavinət almağa davam edəcək - bunlar əlillər, həmçinin hamilə və çoxuşaqlı qadınlardır.

Nazirlik rəsmisinin sözlərinə görə, Polşa hakimiyyəti qaçqınları  artıq pul qazanmağa başlamağa və ehtiyaclarını özlərinin təmin etməsinə təşviq etmək niyyətindədir.

 Rzeczpospolita polşalı professor Piotr Dluqoshadan sitat da gətirib: “Bu qərar müəyyən dərəcədə dəstəyin sona çatdığını, Ukraynaya qayıtmağın vaxtı çatdığını göstərir”.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN