“Xüsusi hərbi əməliyyat zamanı xidməti və döyüş tapşırıqlarını yerinə yetirdikdən sonra vətənə dönən Rusiya Qvardiyasının əsgərlərini təntənəli şəkildə qarşıladıq”.

Bu barədə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Telegram-da məlumat yerləşdirib. O, Həştərxanda Ukraynada xüsusi əməliyyatda iştirak edən Rusiya Qvardiyaçılarının təntənəli mükafatlandırma mərasiminin keçirildiyini açıqlayıb.

Babuşkinin qeyd etdiyinə görə, xüsusi əməliyyat başlayandan sonra onlar vətənlərini müdafiə etməyə ilk gedənlər sırasında olublar və Donbassdakı soydaşlarına arxa durublar.

 Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin fevralın 21-də qondarma “DXR” və “LXR”-ı rəsmi olaraq müstəqil dövlətlər kimi tanıdı,  24-də isə Ukraynanın “denasifikasiya və demilitarizasiyası” (nasizm ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk “respublikalarının ərazi bütövlüyünün” təmin olunması adı altında  ölkəyə qoşun yeridilməsi barədə əmr verdi.

Artıq 3 aydan artıqdır ki, Ukraynada qanlı müharibə gedir. Minlərlə günahsız insan həyatını, ev –eşiyini itirib, qaçqın düşüb. Şəhərlər, kəndlər xarabazara çevrilib, ölkəyə hər gün milyonlarla dollar ziyan dəyir.

Tərəflərin nümayəndə heyətlərinin dəfələrlə bir araya gəlməsinə baxmayaraq, hələ də sülhə nail olunmayıb və bu dəhşətli müharibəyə son verilməyib.

Aylardır davam edən müharibə dünyada qlobal ərzaq qıtlığına da təkan verib...

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN