"Heç bir NATO müttəfiqinin Türkiyə qədər terror hücumlarından zərər görmədiyini anlamalı və bunu unutmamalıyıq", - deyə Yens Stoltenberq bildirib."

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Finlandiyaya səfəri zamanı Prezident Sauli Niinistö ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

“Türkiyənin (bölücü) terror təşkilatı PKK ilə bağlı narahatlıqları da daxil olmaqla bütün müttəfiqlərin təhlükəsizliklə əlaqəli narahatlıqlarını həll etməliyik” deyə bildirən Stoltenberq komandasının İsveç, Finlandiya və Türkiyə rəsmiləri ilə daimi təmasda olduğunu dilə gətirib.

İyunun 29-30-da İspaniyanın paytaxtı Madriddə keçiriləcək NATO Sammitində sözügedən ölkələrin iştirakı ilə bağlı razılığın əldə edilib-edilməyəcəyi sualına da Stoltenberq Türkiyənin narahatlığına ən qısa zamanda cavab verilərək problemin həlli üçün səy göstərildiyini, ancaq sammitin bu mövzuda müddətin başa çatacağı mənası daşımayacağını ifadə edib. 
"Bunlar qanuni narahatlıqlardır. Bunlar terror və silah ixracı ilə bağlı narahatlıqlardır. Heç bir NATO müttəfiqinin Türkiyə qədər terror hücumlarından zərər görmədiyini anlamalı və bunu unutmamalıyıq", - deyə Yens Stoltenberq bildirib. 

Türkiyənin DEAŞ terror təşkilatı ilə mübarizədə mühüm rol oynadığını vurğulayan baş katib "Türkiyə Ukraynanın dəstəklənməsində və qapalı qalan buğdanın ixracında əsas rol oynayır. Ona görə də belə mühüm müttəfiq terrorla bağlı narahatlığı bölüşəndə, biz bunu ciddi qəbul etməliyik. Biz də məhz bunu edirik. Aydındır ki, Finlandiya və İsveç bunları müzakirə etməyə hazırdır" deyib.

Finlandiya Prezidenti Niinistö də Türkiyə ilə danışıqlarda hər hansı irəliləyişin olub-olmaması məsələsində “İrəliləyiş dialoq kanallarımızın açıq olması, danışıqlarımızı davam etdirməsi kimi düşünülə bilər” deyib.

Finlandiya prezidenti ölkəsinin Türkiyənin narahatlığına NATO üzvlərindən fərqli münasibəti olmadığını və onların bu baxımdan niyə hədəfə alındığını anlamağın çətin olduğunu söyləyib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN