Həbsxanada aclığın 10-cu günündə “Müsəlman Birliyi” Hərəkatının lideri Taleh Bağırzadənin səhhətində problemlər yaranıb. Əsasən dünəndən bədəninin hərarəti yüksəlib.

Bu barədə Hərəkatın sədr müavini Elçin Qasımov özünün facebook səhifəsində yazıb.

Bildirilir ki, T.Bağırzadə Allaha küfür edən güc qurumlarının cəzalandırılması tələbilə aclıq aksiyasını davam etdirmək əzmindədir.

Öz növbəsində, T.Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə bildirib ki, iyunun 13-də Tale Bağırzadə evə zəng edib: “Səsində yorğunluq vardı. Son iki gündür hərarət, başgicəllənmə, gözlərində bulanıqlıq var”.

Buna baxmayaraq, qurumun məlumatına görə, T.Bağırzadədən başqa onun tərəfdarları və digər dindarlar: Abbas Hüseynov, Cahad Babakişizadə, Seyfəddin Şirvanov, Firudin Zeynalov, Fariz Məmmədov, Allahverdi Ruzbekar və Vəli Ələkbərzadə cəzaçəkmə müəssisələrində eyni tələblə aclığı davam etdirirlər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN