“....Reaksiyamız sərt olacaq.”

Ötən həftə Avropa Parlamenti Gürcüstanla bağlı 18 bənddən ibarət qətnamə qəbul edib. Qətnamədə media azadlığının təmin olunması, Saakaşvilinin azad olunması, İvanişviliyə sanksiya tətbiq edilməsi kimi bir sıra çağırılşar qəbul edilib.

 Həmin qətnamənin bəndlərini şərh edən "Gürcü Arzusu" partiyasının rəhbəri İrakli Kobaxidze bildirib ki, əgər Avropa Komissiyası və Avropa Şurası da Avropa Parlamentinin dediklərini təkrar edərək Saakaşvili və Qvaramiyanı buraxın desələr və İvanişviliyə qarşı sanksiyalar barədə düşünmək qərarına gəlsələr, bu zaman bizim reaksiyamız sərt olacaq".

 Gürcüstanın baş nazir İrakli Qaribaşvili isə hökumətin iclasında çıxışı zamanı bildirib ki, Bidzina İvanişvili hakimiyyətə gəlməsəydi, bu gün Gürcüstan mövcud olmayacaqdı - Gürcüstan müharibəyə cəlb olunacaqdı və bura ikinci Mariupol olacaqdı.

"Bu çılqınlığın və axmaqlığın qurbanı kim olacaqdı? 2008-ci ildə nələr baş verdi hamısını xaıtırlayırıq. Biz həmin müharibədə dünyaya özünü güldürən yerə uzanmış Ali Baş Komandan (Mixeil Saakaşvilini nəzərdə tutur) gördük”, - deyə vurğulayıb.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN