Mərkəzin Baş direktoru Elmar Qasımovu əliçıraqlı axtaranların bir yolu qalıb: Xoşqədəmə müraciət etmək!

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin baş həkimi Səbinə Məcidova “Təzadlar”a şikayət etmiş vətəndaşın mərkəzdə niyə kor edildiyini soruşan kimi durub otaqdan qaçdı...

(Əvvəli I yazıda)

...Oftalmologiya Mərkəzi ilə əlaqə saxladıqda xəstəni yenidən xəstəxanaya gətirməyi xahiş etdilər. Mahir Şahbalayev bundan sonra xanımı Rəna Şahbalayevanı baş həkim Səbinə Məcidovanın dəvəti ilə çağırılmış konsilsiuma dəvət edib. Yığışmış akademik və professorlar birmənalı olaraq xəstəni əməliyyat edən professor Nizami Bağırovu müdafiə edərək, hər bir müalicə və əməliyyatın düzgün aparıldığını qeyd ediblər. Bildiriblər ki, bu xəstənin gözünə heç bir müalicə yoxdur. Halbuki M.Şahbalayev Bakıdakı özəl klinikaların birində xanımının müalicəsi ilə məşğul olub.

Oftalmologiya Mərkəzində aça bilmədikləri gözü bu klinikada təyin edilmiş dərmanlarla iki həftənin ərzində açıblar. Məlum olub ki, buynuz qişasının dəyişməsi ilə xəstənin bütün problemləri aradan qalxır və gözün görmə qabiliyyəti tam bərpa olunur. Konsilsiumda isə, həmin bu “bərk gedən” akademik və professorlar gözün müalicəsinin mümkün olmadığını bildiriblər. Görəsən bu akademik və professorların xəstəni gün işığına həsrət qoymaqda məqsədləri nədir?

***

Elə bu suala cavab tapmaq üçün və “Media Haqqında” Qanuna uygun olaraq, araşdırma aparmaq məqsədilə Mahir Şahbalayevlə birlikdə konsilsiumdan bir neçə gün sonra baş həkim Səbinə Məcidovanın yanında olduq. Səbinə xanım bizi öz kabinetində yox, qonşu otaqda qəbul etdi. Səbinə xanıma ilk sualım belə oldu:

- Məni tanıdınızmı?

Adətən belə sual veriləndə insan bir az fikirləşər, qarşındakı adamı yadına salmağa çalışar, bu mümkün olmadıqda isə xahiş edər ki, bəs tanıya bilmədim, yadıma salın və s. Amma Səbinə xanım sanki qarşısındakı küçədən keçən biridir və ona görə də konkret olaraq verdiyim suala əhəmiyyət vermədən “Buyurun, eşidirəm”-dedi. Əlbəttə, etikadan kənar münasibət mənə toxundu və növbəti sualım daha kəskin oldu:

-Səbinə xanım, bizi qovursunuz?

Bu sualdan Səbinə xanım, sanki silkələndi və dedi:

-Niyə elə deyirsiniz? Burada kamera var, hər şeyi çəkir. Adamı şantaj etməyin.

-Səbinə xanım, sizin üçün maraqlı deyil ki, jurnalist olaraq sizi haradan tanıyıram?

-Buyurun...

Yəni, səni tanımaq belə istəmirəm. Bir az da Məşədi İbad sayağı desək, “mənə meymun dediyin bəs deyil, hələ bir əl də verirsən?” Görünür Səbinə xanımın baş həkimi olduğu bu Mərkəzdən vediyimiz konkret fakta sökənən yaziya görə Səhiyyə Nazirliyi ona “çox sağ ol” deməyib. Bu soyuq qarşılanmaya əhəmiyyət vermədən Səbinə xanımın yaddaşını bir az təzələmək istədim:

Səbinə Məcidova 

-Səbinə xanım, məlumat üçün bildirirəm ki, təxminən 3-4 il bundan əvvəl sizinlə bir neçə dəfə burada görüşmüşəm. Mənim bibim nəvəsi Vüsalə Nəbiyeva kənddəki həyətlərində yıxılmış və gözünə çöp batmışdı. Onu bura gətirmişdilər və burada həkim Fidan xanım əməliyyat edib, çöpü çıxartdı. Mən də həmin vaxtlarda sizinlə bir neçə dəfə görüşdüm və xahiş etdim ki, kasıb adamlardı, pul vermədikləri üçün ola bilər bir az soyuq yanaşsınlar və bunu nəzərə alasınız. Mən sizə heç bir şər ata bilmərəm, xəstədən o vaxtı bir qəpik də pul alınmayıb. Amma əməliyyatdan bir müddət sonra o biri gözdə də ağrılar başlayıb. Sonralar onu özəl klinikaya apardılar, müayinə zamanı məlum oldu ki, çöp gözündən tam çıxarılmayıb. Hansısa bir parçası qalıb. Məgər sizin həkim Fidan xanım bunu görə bilmirdi? Vaxtında çöp tam çıxarılmadığı üçün, indi iki uşaq sahibi olan gənc ananın bir gözü kor qalıb. Mən o vaxt bu barədə yazmadım. Daha doğrusu, Vüsalənin atası olan, bibim oğlu razı olmadı. Siz isə, belə neçə-neçə xəstənin gözünü müalicə etmək əvəzinə, kor edirsiniz. Siz məni etdiyim bu jestə görə tanımalı idiniz ki, sizin bu “fəaliyyətinizi” geniş ictimaiyyətə çatdırmadım. İndi isə, məni tanımaq istəmirsiniz. Buyurun, daha bir gözünü kor etdiyiniz xəstənin həyat yoldaşı yanımdadır. Pulsuz dövlət xəstəxanası olsa da, Mahir Şahbalayev xanımını əməliyyat edən həkimə, tibb bacılarına üç dəfə yatdığı müddətdə 5 min manata qədər xərc çəkib. Amma xəstənin gözünü sağalda bilməmisiniz. İndi bunun səbəbini öyrənməyə gəlmişik. Onu da bilmək istəyirik ki, nazirliyin sizə göndərdiyi məktubda qeyd edilib ki, redaksiyaya da məlumat verəsiniz. Bəs niyə görülən tədbir barədə bizə rəsmi məlumat verməmisiniz?

-Mən nazirliyə cavab yazmışam.

-Bəs bizə?

-Dedim axı, nazirliyə cavab yazmışam, onlar da bunu qəbul ediblər.

-Səbinə xanım, nazirliyin sizə göndərdiyi məktubda yazılıb ki, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərziliyə də cavabın bir nüsxəsi göndərilməlidi.

-Mən sizə bildirdim ki, nazirliyə bu barədə cavab yazmışıq.

Mən dəhşətə gəldim ki, elementar həqiqəti mən baş həkimə izah edə bilmirəm. Belə baş həkimi olan xəstəxanın həkimləri də, əlbəttə, xəstənin  gözünü kor edəcəklər. Gördüm ki, mən Səbinə xanıma heç cürə məlum həqiqəti izah edə bilmirəm. Belə olan surətdə Səhiyyə Nazirliyinin şəklini çəkdiyimiz həmin məktubun surətini Səbinə xanıma göstərməyə məcbur oldum və dedim:

-Səbinə xanım, buyurun, baxın, sizin nazirliyin göndərdiyi məktubun başlığında görün nə yazılıb? Yazılıb ki, Milli Oftalmologiya Mərkəzinin baş direktoru E.Qasımova, bir nüsxəsi də “Təzadlar” qəzetinin baş redaktoru A.Mərziliyə. İndi sözünüz nədir, niyə nazirliyin göstərişinin ziddinə olaraq 2 ay ərzində bizə cavab göndərməmisiniz?

Artıq fakt qarısında qaldığını görən S.Məcidova:

-İndi deyərəm sizə də cavab yazarlar.

-Niyə məhz indi? Axı nazirlik sizə məktubu martın 2-də göndərib. Siz nazirliyə göndərdiyiniz məktubun bir nüsxəsini də bizə göndərməliydiniz.

-Sizə məktub lazımdırsa, indi göstəriş verərəm, hazırlayıb verərlər.

-Səbinə xanım, bizə təkcə məktub yox, həm də xəstələri kor edən həkimlərin cəzalandırılması lazımdır...

Söhbətin bu yerində baş həkim S.Məcidova yerindən qalxaraq, “İndi gəlirəm” - deyib, otaqdan çıxdı. 5 dəqiqə gözləyəndən sonra, bir qız içəri gəlib bildirdi ki, bizi baş direktorun müavini Ceyhun müəllim qəbul edəcək. Biz təəccübləndik ki, axı Səbinə xanımla danışırdıq, söhbətimiz yarımçıq qaldı. Bəs o hara getdi? Elə bu zaman baş həkimin qapısı ilə, bizi qəbul etdiyi otağın qapısı yan-yana olduğundan, oradan keçərkən Səbinə xanımı bir daha gördük və dərhal soruşdum: -Səbinə xanım, bizi niyə qəbul etmədiniz?

Səbinə xanım üzünə süni təbəssüm verərək, eyni zamanda qapını üzümüzə bağlaya-bağlaya dedi:

-Gedin, sizi məndən də vəzifəcə yuxarıda olan Ceyhun müəllim qəbul edəcək.

-Səbinə xanım, sizin bu hərəkətiniz “Media  Haqqında” Qanunun tələblərinə ziddir. Jurnalistin məlumat almaq və şikayəti aaraşdırmaq hüququ var ki, siz baş həkim kimi onu pozursunuz. Bizim peşə fəaliyyətimizə mane olursunuz.

Səbinə xanım isə sanki məni eşitmirdi.

Bu hərəkətin anlamı o idi ki, “Gedin burdan”. Doğrudan da baş həkim kimi Səbinə xanımın bu hərəkəti, heç bir yazılmış və yazılmamış qanuna sığmır. Görəsən, Səbinə Məcidova kimə arxalanır ki, şikayəti araşdırmaq üçün gələn jurnalisti mədəni surətdə qapıdan qovur? Özü də  bu hərkəti tamamilə qanunsuzluq içində ola-ola edir.

(Davamı var)

Hazırladı: Elçin MƏMMƏDLİ  

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN