ZELENSKİ 190-DAN ÇOX FİZİKİ, 290 HÜQUQİ ŞƏXSƏ QARŞI SANKSİYA TƏTBİQ EDİB
Ukrayna prezidenti Vladimir Zelenski arasında Rusiya vətəndaşlarının üstünlük təşkil etdiyi 192 şəxsə qarşı 10 il müddətinə sanksiya tətbiq edilməsi haqqında fərman imzalayıb. Bundan əlavə, 291 hüquqi şəxs, o cümlədən Rusiya zavodları və şirkətləri məhdudlaşdırıcı tədbirlərə məruz qalıb.