Türkiyə və Rusiya nümayəndə heyətləri arasında Rusiya prezidenti Vladimir Putinin təklif etdiyi qaz qovşağının yaradılması üzrə danışıqlar gələn həftə başlayacaq.

Tezadlar.az bildirir ki, bu barədə RİA Novosti Ankaradakı diplomatik mənbəyə istinadən xəbər verir.

Danışıqların keçiriləcəyi yer yaxın günlərdə müəyyənləşəcək. Mənbə bildirib ki, danışıqların yekunlarına əsasən prosesə şəxsən nəzarət edən iki ölkənin liderlərinə ətraflı hesabat təqdim olunacaq.

Həmçinin bildirilir ki, məhsul müqaviləsinin müddətinin uzadılması ilə bağlı danışıqlar aparılır, razılaşmaya ümid var.

Qeyd edək ki, oktyabrın 13-də Rusiya prezidenti Vladimir Putin Astanada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqları zamanı ona Türkiyədə qaz qovşağının yaradılması ideyasından danışıb.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin oktyabrın 12-də Rusiya Enerji Həftəsi forumunda çıxışı zamanı demişdi ki, Rusiya Avropaya tədarük üçün zəruri olan “Şimal axını”nda təxribat nəticəsində itirdiyi qaz qovşağını Türkiyəyə köçürə bilər.

“Qazprom” Qara dənizdə Türkiyəyə yeni qaz kəmərlərinin tikintisinə başlamağa və Türkiyə ilə Avropa İttifaqı sərhədində ticarət platforması yaratmağı nəzərdən keçirməyə hazırdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN