Ən qısa müddətdə beynəlxalq qaz qovşağı yaradılacaq.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 13-də rusiyalı həmkarı Vladimir Putinlə Astanada keçirilən danışıqların nəticələrini şərh edərkən bildirib.

Tezadlar.az xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.

Türkiyə lideri qeyd edib ki, ölkənin Avropa hissəsindəki Trakya bölgəsi mərkəz üçün ən uyğun yerə çevrilə bilər. Ərdoğan əlavə edib ki, artıq energetika nazirlərinə qovşağın yaradılması üzrə işlərə başlamaq tapşırılıb.

"Heç bir gecikmədən söhbət gedə bilməz, lazımi danışıqlar aparılacaq və dərhal işə başlanılacaq", - Ərdoğan əminliklə bildirib.

O, həmçinin təhlükəsizliyin təmin edilməsi üçün bütün lazımi tədbirləri görəcəyinə söz verib.

Bundan əvvəl Türkiyə və Rusiya arasında qaz qovşağı ilə bağlı danışıqların gələn həftə başlayacağı bildirilirdi. Danışıqların keçiriləcəyi yer yaxın günlərdə müəyyənləşəcək.

Oktyabrın 13-də Rusiya prezidenti Vladimir Putin Astanada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqları zamanı ona Türkiyədə qaz qovşağının yaradılması ideyasından danışıb.

Rusiya prezidenti Vladimir Putin oktyabrın 12-də Rusiya Enerji Həftəsi forumunda çıxışı zamanı bildirib ki, Rusiya Avropaya tədarük üçün zəruri olan “Şimal axını”nda təxribat nəticəsində itirdiyi qaz qovşağını Türkiyəyə köçürə bilər.

“Qazprom” Qara dənizdə Türkiyəyə yeni qaz kəmərlərinin tikintisinə başlamağa və Türkiyə ilə Avropa İttifaqı sərhədində ticarət platforması yaratmağı nəzərdən keçirməyə hazırdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN