"Biz 2016-cı ildən Avropanın Mühasiblər və Auditorlar Federasiyasının üzvüyük. Avropanın 320 minədək mühasib və auditorunu cəmləşdirən bu nüfuzlu təşkilata üzv olmaq bizə beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycanda tətbiqi üçün əlverişli imkanlar açır".

Bu fikirləri Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının rəhbəri Nuriyyə Novruzova KİV-ə açıqlamasında bildirib.

Assosiasiya rəhbəri qeyd edib ki, APFM Mühasiblərin və Auditorların Avrasiya Forumunun Azərbaycanda rəsmi nümayəndəsidir və bu günədək 7 beynəlxalq forumun keçirilməsinə nail olublar.

“Hər iki ildən bir təşkil olunan sonuncu forum ötən il Naxçıvan şəhərində keçirilib, növbəti tədbirin isə gələn ilin oktyabr ayında Bakıda gerçəkləşdirilməsi planlaşdırılır. Bu forumlar müxtəlif ölkələrin nümayəndələri ilə silsilə görüşlər, təcrübə mübadiləsi və nəhayət, beynəlxalq aləmdə iqtisadiyyat, maliyyə, mühasibat uçotu və auditi sahəsində baş verən yeniliklərlə tanışlıq baxımından yüksək qiymətləndirilir”, - deyə o, vurğulayıb.

Xatırladaq ki, Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası 29 iyun 2004-cü il tarixli Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının qanununun tətbiqi ilə əlaqədar 2007-ci ildə təsis olunmuş və yarandığı gündən etibarən maliyyə hesabatlarının beynəlxalq standartlarına keçidlə bağlı layihələrdə fəal iştirak etmiş, geniş təcrübə toplamış və hal-hazırda ölkədə ən öndə gedən və beynəlxalq akkreditasiyalara malik olan qurum kimi fəaliyyətini uğurla davam etdirir.

İlk dəfə olaraq APFM tərəfindən 2007-ci ildə Azərbaycanda Avropanın və Asiyanın bir çox ölkələrinin nüfuzlu qurumlarının nümayəndələrini cəmləşdirən Mühasiblərin və Auditorların 1-ci Avrasiya Forumu keçirilmişdir və APFM Mühasiblərin və Auditorların Forumunun Azərbaycanda rəsmi koordinatoru kimi bu ənənəni davam etdirərək 2008 və 2011-ci illərdə də respublika əhəmiyyətli belə bir möhtəşəm tədbirin yüksək səviyyədə keçirilməsinə nail olmuşdur.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN